EventsIqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Bakıda IT-Academy-nin rəsmi açılışı olacaq

5 noyabr 2022-ci il tarixində saat 14:00-da “Hilton Baku” hotelində IT-Academy-nin rəsmi açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndələri, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru, həmçinin İT-Academy-nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri salamlama nitqi ilə çıxış edəcəklər. 

Tədbirin ikinci hissəsində qabaqcıl İT mütəxəssislərinin çıxışları olacaq. Onlar sahə ilə bağlı öz bilik və təcrübələrini bölüşəcək, “Sıfırdan karyera: İT sahəsində fəaliyyətə necə başlamaq olar?” və “Azərbaycanda İT-nin inkişaf perspektivləri” mövzularında müzakirələr aparacaqlar. Həmçinin tədbirdə IT-Academy kurslarının təqdimatı olacaq və tədbir iştirakçılarına bu mövzuda ətraflı məlumat veriləcəkdir. 

Tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməyinizi xahiş edirik. 

http://it-academy.az/opening?utm_source=press 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçiriləcək.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!