EventsMədəniyyətTəqdimat

Bakıda Müslüm Maqomayevin xatirəsinə ulduz həkk edildi

Azərbaycanın paytaxtında görkəmli Azərbaycan və sovet opera-estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə ulduz həkk olunub.

Mərasim “Sea Breeze” istirahət mərkəzində yaradılan “Walk of Fame” (“Şöhrət yürüşü”) ulduzlar xiyabanında baş tutub.

Mərasimdə Müslüm Maqomayevin həyat yoldaşı – opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya iştirak edib.

O, qırmızı xalıya Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarovunun müşayiəti ilə çıxıb.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya ulu öndər, dövlət və siyasət xadimi Heydər Əliyevin ili elan edilən 2023-cü ildə Müslüm Maqomayevin şərəfinə həkk olunan ulduzun açılışını əlamətdar hadisə adlandırıb.

“Biz hamımız yaxşı bilirik ki, Müslümün taleyi Heydər Əliyevin və onun ailəsinin adı ilə qırılmaz şəkildə bağlıdır”, – deyə mərhum opera müğənnisinin həyat yoldaşı vurğulayıb.

Yerə həkk olunmuş ulduz postamentinin açılışı M.Maqomayevin repertuarındakı ən məşhur mahnılardan birinin – “Mavi əbədiyyət”in sədaları altında baş tutub.

Mərasimdə həmçinin Tamara Sinyavskayaya sürpriz də edilib. Belə ki, xiyabanda onun adına da ulduz həkk olunub.

“Biz qərara gəldik ki, siz həyatda olduğu kimi burada da qonşuluqda olmalısınız. Burada bu iki ulduz həmişə birlikdə parlayacaqlar”, – deyə Emin Ağalarov bildirib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!