Bakıda “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil ediləcək

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək.

Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, toplanan vəsait şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3, 5 və 10 kilometr) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.

Qaçış çərçivəsində urban (şəhər) idmanı ustad dərsləri və maraqlı tədbirlər də təşkil ediləcək.

On yeddi yaşdan yuxarı hər kəs qaçışda iştirak üçün

(https://marathon.smartscoring.com/#section-register) linki vasitəsilə noyabrın 4-ü saat 12.00-dək qeydiyyatdan keçə bilər.

Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.

Xatırladaq ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilmişdi.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: