Bakıda qəsəbələrarası yeni avtobuslar xəttə buraxılacaq

Ötən dövrdə ümumi daşıyıcıların sayı 51 faiz optimallaşdırılıb. 

Frame.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə 16 yeni xətt açılıb:

“26 xəttin hərəkət sxemi dəyişdirilib, 12 xətt üzrə müsabiqə elan edilib. Ötən il 21 faiz daşıyıcı sayı optimallaşdırılıb”.

V.Kərimli onu da əlavə edib ki, Bakı şəhərini həm əlçatanlıq, həm də mobillik baxımından Avropa şəhərləri sırasında ilk onluğa gətirməkdir:

“Qəsəbələrə sərnişindaşıma vacib məsələlərdəndir. Gətirilən 9 metrlik avtobusların bu istiqamətdə xəttə buraxılması nəzərə tutulur. Son 5 ildə şəhərətrafı 15 yeni xətt istifadəyə verilib. Orta hesabla 665 min sərnişin bu xətlərdən istifadə edib” – deyə o qeyd edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: