BCC Akademiyada Gənclər Günü münasibətilə könüllülər üçün təlim təşkil olunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) təşkilatçılığı ilə 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün qeydiyyatdan keçən könüllülərə yanvarın 29-unda, təlimçi Jalə Ələkbərovanın təqdimatında “Yumşaq(soft) bacarıqlarımızı necə inkişaf etdirək?“ adlı təlim keçirilib.

Gənclər Günü münasibəti ilə təşkil olunan təlimə ümumilikdə 70-ə yaxın  könüllü qatılıb. BCC Akademiyada baş tutan seminarda təlimçi Jalə Ələkbərova yumşaq bacarıqların inkişaf etdirilməsinin insanın peşəkar fəaliyyətinə və karyerasının irəliləməsinə müsbət təsiri barədə danışıb.Yumşaq bacarıqlar özündə ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək və vaxtın səmərəli idarə olunması kimi bacarıqları birləşdirir.Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərən əməliyyat şirkəti bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu il Bakıda baş tutacaq altıncı Formula 1 yarışı üçün könüllülərin müsahibə mərhələsinə 31 yanvardan etibarən start veriləcək. Müsahibələr fevral ayının sonuna qədər davam edəcək. Qeydiyyatdan uğurla keçmiş könüllülər  http://volunteers.bakucitycircuit.com/?fbclid=IwAR1IMBz90dcEYHZkTcsks5QZsI865pJGPSjlnnnm-MLFlcacPTSQZGEmRTQ#/loginlinki vasitəsilə öz hesablarına daxil olub müsahibə vaxtını təyin edə bilərlər.

Könüllülük proqramına dair yeniliklərdən anında xəbərdar olmaq üçün sosial media səhifələrimizi izləməyinizi tövsiyə edirik:

https://www.facebook.com/BakuVolunteers/https://www.instagram.com/bakucitycircuit/

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!