EventsTəqdimat

BELARUS, UKRAYNA, RUSİYA VƏ AZƏRBAYCANLI OPERA ULDUZLARI “KARMEN” OPERASININ TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR

Dekabrın 2-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının növbəti  tamaşası keçiriləcəkdir.  Bu dəfə azərbaycanlı operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında dinləyə və seyr edə biləcəklər. O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun  Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir. 2013-cü ildən bəri o dünya şöhrətli “Metropoliten-opera”da mövsümün açılışına dəvət olunur və çıxış edir. Oksana həm də Rusiya Akademik Böyük Teatrının dəvətli solistidir. Milanın “La skala”, Palermonun “Massimo”, Neapolun “San Karlo”, Buenos-Ayresin “Kolon” teatrlarında, həmçinin Nitsa, Münhen, Riga opera teatrlarının səhnəsinə, Çin və Yaponiyada çıxış edir.

Xarici KİV-lər O.Volkovanın ifasını yüksək qiymətləndirir, onu “parlaq aktrisa, opera nəhəngi və ulduz” adlandırırlar. Opera tənqidçiləri onun fenomenal vokal göstəriciləri, çox gözəl səs tembrinə, effektli xarici görünüşə malik olduğunu qeyd edirlər.

O.Volkova ilə yanaşı tamaşada həmçinin  Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko (Xoze), habelə  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela),  Cahangir Qurbanov (Eskamilio), Gülnaz İsmayılova (Fraskita), Əliəhməd İbrahimov (Romendado),  solistlərdən Nina Makarova  (Mersedes),  Tural Ağasıyev (Dankayro)  çıxış edəcəklər

Tamaşanı Əməkdar artist,  beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!