Beynəlxalq Muğam Mərkəzində” Macarıstan musiqisi axşamları “adli layihə konsertlər maraqla qarşılanıb
Beynəlxalq Muğam Mərkəzi 3 gün müddətində Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim etdi.

Layihə çərçivəsində macar musiqiçiləri Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim etməklə bərabər milli musiqi , caz , etnik musiqinömrələrindən ibarət rəngarəng proqramla çıxış etdilər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Macarıstan səfirliyi bir müddət əvvəl “Bakıda Macarıstan günləri” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində professor Janoş Şipoş Macarıstan və Azərbaycan xalq musiqisinin bənzərlikləri barədə mühazirə keçirmiş və mühazirədən sonra Salonna və onun qrupu unikal bir konsert proqramı ilə çıxış etmişdilər.
Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi xalqların etnik mədəniyyətinin təbliğinə xidmət edir.