Beynəlxalq Muğam Mərkəzində “Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti keçiriləcək
Noyabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə “Muğam və Mənəviyyat” layihəsi silsiləsindən “Dəşti” dəstgahı adlı növbəti konserti keçiriləcək.
Gecədə Xalq artistləri Aygün Bayramova(“Mahur”),Nəzakət Teymurova(“Humayun”),Almaz Orucova(“Bayatı-Şiraz”) tanınmıs xanəndə Fərəməz Gərmrudi(“Dəşti”) çıxış edəcəklər.
İfaçıları “Könül” instrumental ansamblı müşayiət edəcək.
Biletləri şəhərimizin mərkəzləşdirilmlş kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.
Frame.az