Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib
Səfər çərçivəsində Timur Turlov Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilə görüşüb.
Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

