FestivallarMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səsləndi

23 Sentyabr  Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səsləndi.

Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə almışdır. 2013-cü ildə Azərbaycan Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuşdur. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.

Pianoçu hələ gənc ikən respublikanın hüdudlarından kənarda bir neçə beynəlxalq müsabiqələrdə çıxış etmiş, laureat adını qazanmışdır. Musiqiçinin repertuarına L.V.Bethoven, F.Şopen, R.Şuman, P.İ.Çaykovski və başqa bəstəkarların əsərləri daxildir.

Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən maraq və gur alqışlarla qarşılandı.

Qeyd edək ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi 26 sentyabr tarixində Yeni Münhen Filarmonik Orkestrinin konserti ilə baş tutacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!