AirnewsTurizmTəqdimatƏn SonƏn Son

“Biletim.az” portalından Naxçıvana onlayn bilet almaq mümkündür

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir məntəqə əlavə edilib.

Sərnişinlər artıq Bakıdan Naxçıvana onlayn bilet ala bilərlər. 

Portala daxil edilən istiqamətlərin sayı hazırda 40-a çatıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 92-yə, nəqliyyat vasitələrinin sayı isə 223-ə çatdırılıb.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!