IdmanTəhsilTəqdimat

“Birlik” milli adət-ənənələr düşərgəsinə start verilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində “Birlik” milli adət-ənənələr düşərgəsinə start verilib.

Frame.az Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, düşərgənin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin mədəni irsinin, adət-ənənələrinin, mədəniyyətinin, mətbəxinin gənc nəsil arasında təbliğ edilməsi, milli oyunlara marağın artırılması və asudə vaxtın səmərəli təşkil olunmasıdır.

Otuz rayondan 100-dən artıq gəncin iştirak etdiyi düşərgədə, həm də şəhid və qazi övladları iştirak edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!