Frame LifeMobil dünyaSosialTəqdimat

Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaqməqsədilə maliyyə vəsaiti ayırmağa davam edəcək.

Bu istiqamətdə həyata keçiriləcək növbəti layihə çərçivəsində gənclər üçün müvafiq təlimlər keçiriləcək, ən yüksək nəticələr göstərən biznes layihələr isə “Bakcell”dən maliyyə dəstəyi alacaq.

Qeyd edək ki, ötən il ilk dəfə “Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində iştirak edən 3 nəfər gənc öz kiçik biznesini qurmaq imkanı əldə edib. Bunun üçün 15 nəfər gənc “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası tərəfindən təşkil olunan “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib.

Layihənin uğurlu nəticələrini nəzərə alaraq Bakcell şirkəti gənclərin biznes ideyalarını reallaşdırmağa yönəlmiş fəaliyyətini davam etməyə qərara alıb. Təlimlərdə uğurla keçən gənclər biznes plan hazırlayaraq onu qiymətləndirməyə təqdim edəcəklər. Qiymətləndirmə zamanı biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma perspektivi, müraciət edənin təcrübəsi və sosial durumu nəzərə alınacaq.

“Bakcell şirkətinin həyata keçirdiyi geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramının əsas istiqamətlərindən biri də ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahınınyaxşılaşdırılmasıdır. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyır və biz gənclərimizin böyük uğurlara imza atmasına dəstək göstərməkdən qürur duyuruq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!