EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış şair-publisist Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  şairin sözlərinə yazılmış mahnıları Xalq artistləri –Teyyub Aslanov – “Həyat bizi sınayır” k/f-dən “Gözləməsin neyləsin”, Gülyanaq Məmmədova – “Tez gəl”, Zaur Rzayev – “Alagöz”, Samir Cəfərov – “İlk Bahar”, Gülyaz Məmmədova – “Yox-yox”,  Əməkdar artistlər – Almaz Orucova – “Görüş” k/f-dən “Arzular”, Arzu Əliyeva – “Yenilməz batalyon” k/f-dən Teymurun mahnısı, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Rövşən Əziz – “Bizim Lənkəran”, Elgiz Əliyev – “Neynim” və müğənni Vüsalə Əsgərova – “Nə olar” mahnılarını ifa etdilər.
Konsertin son nömrəsində “Ögey ana” və “Onu bağışlamaq olarmı?” k/f-ləridən popurri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Arzu Əliyevanın birgə ifalarında səsləndi.

İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona çatdı.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!