Mobil dünyaTəqdimat

Bu gün sevgililər günüdür: insanların dörddə biri romantik tanışlar tərəfindən rəqəmsal təqibə məruz qalır

Kaspersky-nin apardığı qlobal sorğuda iştirak edənlərin demək olar ki hər dörd nəfərindən biri (23%) yeni romantik tanışı tərəfindən onlayn təcavüzün bu və ya digər forması ilə üzləşib.

Məsələn, respondentlərin 16%-i xoşagəlməz və ya narahatedici elektron məktublar və ya mesajlar alıb, digər 13%-i isə icazəsiz foto və ya lentə alındıqlarını bildiriblər. Respondentlərin 10%-i qeyd edib ki, yeni romantik tanışı onun yerləşdiyi məkanı izləyib və ya sosial şəbəkə və ya e-poçt hesablarını sındırıb. Digər 7% isə bildirib ki, cihazlarındakı “stalker” proqramları – məişət zorakılığının təşəbbüskarı kimi də istifadə edilməklə gizli təqib və şəxsi həyata müdaxilə üçün tez-tez tətbiq olunan kommersiya proqramları – onların razılığı olmadan quraşdırılıb.

Eyni zamanda insanların üçdə birindən çoxu (34%) yenicə romantik münasibətə başladıqları insanların adlarını axtarış sistemlərində yazmağı və ya sosial şəbəkələrdə onların səhifələrini axtarmağı məqbul hesab edirlər. Sorğunun nəticələrinə görə, 41% bunu yeni romantik münasibətdə ilk addımlarını atmağa başlayanda edib. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin fikrincə, rəqəmsal təhlilin bu formaları yeni romantik tərəfdaşla görüş nəticəsində meydana çıxa biləcək mümkün xoşagəlməz nəticələrin riskini azaltmaq üçün sağlam düşüncəli yanaşmadır.

“İnternetin inkişafı ilə həyatımızın getdikcə daha çox hissəsi, o cümlədən tanışlıq onlayn formata keçir. Bir çoxları üçün bu variant hətta daha çox üstünlük təşkil etməyə başlayıb, bu cür xidmətlər sosial əhatəni çox genişləndirmək imkanı verir. Bununla belə, riskləri də yaddan çıxarmamaq lazımdır. Xüsusilə, istifadəçilər yad şəxslərlə özləri haqqında böyük həcmdə məlumat paylaşmaqla təhdidlərə qarşı kövrək ol bilərlər. Məhz buna görə şəxsi məlumatları açıqlamazdan əvvəl yüz ölçüb bir biçməyi tövsiyə edirik. Bu məlumatların sizə qarşı necə istifadə edilə biləcəyi barədə öncədən düşünmək və yeni tanışların təcili pul köçürmək və ya şübhəli saytlara yönəldən linklərə daxil olmaq barədə şübhəli istəklərinə tənqidi yanaşmaq lazımdır”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.  

Onlayn təqibdən qorunmaq üçün Kaspersky tövsiyə edir:

  • hesablarınızın hər biri üçün fərqli mürəkkəb, unikal şifrələrdən istifadə edin və onları heç kimlə paylaşmayın;
  • İnternetdə yad şəxslərin mesajlarına tənqidi yanaşın və hər hansı bir şübhə yarandıqda söhbəti dərhal dayandırın;
  • mümkün olduqda, onlayn tanışlıq xidmətlərinə və digər proqramlara yalnız onların işləməsi üçün zəruri olan məlumatlara çıxış imkanı təqdim edin;
  • yazışmalarda özünüz haqqında çoxlu məlumat verməyin, məsələn, ünvanınız, iş yeriniz, şəxsi xarakterli fotoşəkillər və videolarınızı göndərməyin. Görüşü daimi yaşayış yeriniz və ya iş yerinizdən uzaq ictimai yerdə baş tutması üçün təyin etmək daha yaxşı olar. Həmçinin, tanımadığınız insanlara sizi evinizə aparmağa və ya taksi çağırmaq üçün ünvanınızı öyrənməyə icazə verməyin.

Kaspersky “stalker” proqramları ilə fəal mübarizə aparır. Məsələn, şirkət sənayedə ilk olaraq mümkün risklərin təsviri ilə cihazda kommersiya təqib proqramının aşkarlanması barədə bildiriş funksiyasından istifadə etməyi təklif edib – bu, hazırda Android cihazları üçün Kaspersky həllində tətbiq olunur. Həmçinin, Kaspersky xüsusilə İnterpol tərəfindən dəstəklənən Stalker Proqramları ilə Mübarizə Koalisiyanın təsisçilərindən biridir. Bundan əlavə, xüsusilə məişət zorakılığı qurbanlarına kömək edən qeyri-kommersiya təşkilatları üçün Kaspersky-nin Təhidlərin Qlobal Tədqiqatı və Təhlili Mərkəzinin (GReAT) mütəxəssisləri rəqəmsal təqiblə mübarizə aparmaq üçün pulsuz, açıq mənbəli TinyCheck yardım proqramını işləyib hazırlayıblar.

* Sorğu Kaspersky-nin sifarişi ilə Arlington Research şirkəti tərəfindən 2024-cü ilin yanvar ayında aparılıb. Sorğuda müxtəlif ölkələrdən olan 21 min nəfər iştirak edib.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!