EventsPR-TanıtımSosialTəqdimat

“BUTA Art & Sweets” platformasının bir yaşına həsr olunmuş tədbir keçirilib

Oktyabrın 14-də Bakıda “BUTA Art & Sweets” platformasının bir yaşına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə həm dövlət, həm də özəl olmaqla, müxtəlif sahələrin nümayəndələri, ziyalılar, media və platforma üzvləri iştirak edib. Education HUB, ABŞ Səfirliyi və Avropa İttifaqının Azərbaycanda Nümayəndəliyi “BUTA Art & Sweets”təşkilatı tərəfindən “Ən yaxşı tərəfdaşlar – 2018” elan edilib.

Tədbirdə çıxış edən “BUTA Art & Sweets” platformasının təsisçisi Sara Rəcəbli platforma barədə ətraflı məlumat verib. Bildirib ki, bu sosial biznesin qurulmasında əsas məqsəd xüsusi ehtiyacı olan xanımların hazırladığı ev şirniyyatlarının korporativ və fərdi şəxslərə satışı ilə onların işsizlik problemini həll etməkdir. “BUTA Art & Sweets” ancaq 85 avro investisiya (bootstrapping) ilə işə başlayıb və artıq bir ildir fəaliyyət göstərir. Qısa müddət fəaliyyətə baxmayaraq 17 xüsusi ehtiyacı olan xanımı cəlb etməklə menyunda 25 növ şirniyyat növü əlavə etməklə, 30-dan çox şirkət, QHT və tədbir təşkilatçıları ilə uğurlu əməkdaşlıq qurub, 5 ölkədə (Rusiya, Fransa, Macarıstan, Bəhreyn və Latviya) yüksək səviyyəli yerli və beynəlxalq tədbirlərdə xanımların hazırladığı şirniyyatları təqdim olunub. Bundan əlavə “Baku Business Factory” kovorkinq mərkəzdə rezidentlik qazanıb, “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb. “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramının ən məsuliyyətli iştirakçısı kimi Niderland Krallığın Haaqa şəhərində keçirilən “One Young World” zirvəsində iştirak üçün tam təqaüd qazanıb. Müxtəlif görüş və tədbirlərlə xüsusi ehtiyacı olan xanımlar haqqında “əlillik” stereotiplərin sındırılması üçün çalışırlar.

“BUTA Art & Sweets” komandasında çalışan xanımlar BBC və Avropa İttifaqının ən aparıcı media kanalı sayılan “European External Action Service” platforması tərəfindən qeyd olunub.

“BUTA Art & Sweets” platformanın təsisçisi Sara Rəcəbli qeyd edib ki, bu ildən etibarən Azərbaycanda və xaricdə inkişaf etmək üçün tərəfdaşlarımız və tərəfdarları ilə fəal işə başlayırıq. Ötən il əsasən tərəfdaşlıq və beynəlxalq nümayəndəliyin qurulmasına diqqət yetirilmişdir. Bu il platformada daha iddialı planlar var : satışların sayını artırmaq, qlobal şirkətlərlə əməkdaşlıq qurmaq, xüsusi ehtiyacları olan 25 + qadınları cəlb etmək və 50-dən çox növ şirniyyat və qəlyanaltıya menyu genişləndirmək. Tədbir  zamanı ən yaxşı tərəfdaşlar və komanda üzvləri mükafatlandırıldılar.

Qeyd edək ki, yubiley tədbiri “Fairmont Hotel Baku”, “Procter& Gamble”,”Creatiff.az”, “Post Vision”, “Chelebi”, “Azersun” və “Sabina Parfumery & Cosmetics” şirkətlərin dəstəyi ilə həyata keçirilmişdir.

“BUTA Art & Sweets” komandası media dəstəyinə görə Frame.az platformasına öz minnətdarlığını bildirir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!