EventsMusiqiTəqdimat

“Candoco” rəqs ansamblının iki hissəli şousu

Sizi əlilliyi olan və olmayan rəqqaslardan ibarət “Candoco” müasir rəqs ansamblının möhtəşəm xoreoqrafiya və virtuoz çıxışlardan təşkil olunmuş iki hissəli valehedici tamaşasını 2017-ci ilin 7-8 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında izləməyə dəvət edirik. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Məkanı və Azərbaycan Dövlət Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.

“Candoco” incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Hamı tərəfindən bəyənilən, olduqca müasir istiqamətə malik fəaliyyətinin 25 illiyini qeyd edən “Candoco” fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: “Beheld” (Bax) və “Set and Reset/Reset” (Qur və Yenidən qur).

Aleksandr Uitli cəsarətli və virtuoz xoreoqrafiyası sayəsində qısa müddət ərzində şöhrət qazanmış bir xoreoqrafdır. Onun “Candoco” rəqs ansamblı üçün hazırladığı Beheld tamaşası alman bəstəkar Nils Framın Rutger Zuydervelt tərəfindən yenidən hazırlanmış valehedici partiturası əsasında nəhəng parça zolaqları ilə rəqs edən heyranedici ansambl və güclü duetlərdən təşkil olunub. Bu parçada ansamblın yeddi rəqqası ətraflarındakı sahənin imkan və məhdudiyyətlərini araşdıraraq necə baxmağımız və nə görməyimizlə əlaqədar təsəvvürləri formalaşdırır və yeniləyir.

Set and Reset/Reset imkanların meydana çıxmasını ifadə edir, belə ki, ansamblın rəqqasları Trişa Braunun məşhur Set and Reset rəqsinin yeni versiyasını yaradır. Rəqsin orijinal versiyası ilk dəfə 1983-cü ildə Nyu-Yorkda Bruklin Musiqi Akademiyasında nümayiş etdirilib və 2011-ci ildə Trişa Braun ansamblı ilə birlikdə “Candoco” tərəfindən yenidən səhnələşdirilib – bu cür əfsanəvi müasir rəqs parçasının inklüziv ansambl tərəfindən yenidən səhnələşdirilməsi halı birinci dəfə idi ki, baş verirdi.

Rəqs ansamblının çıxışları “Candoco” xoreoqraflarının “inklüziv müasir rəqs” mövzusuna həsr edilən praktik ustad dərsləri ilə müşayiət olunacaqdır. Giriş sərbəstdir və qeydiyyat tezliklə açıq elan ediləcəkdir. Frame.az

http://https://youtu.be/JhlLhVPzdsc

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!