“Qızıl Şah” milli çempionatının təşkilati komitəsi kateqoriyaların adlarını və sayını müəyyənləşdirib

Kateqoriyaların adları və onların sayı arta bilər.

“Junior Practical Team” JTP 1 kateqoriyası (Komanda yarışı,komanda 3 iştirakçıdan ibarət olmalıdır)
Vaxt: 60 dəqiqə
Yeməklərin sayı: Başlanğıc, Əsas yemək, Şirniyyat
Miqdar: Hər yemək 3 porsiya
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir

“Senior Practical Team” STP 1 kateqoriyası (Komanda yarışı,komanda 3 iştirakçıdan ibarət olmalıdır)
Vaxt: 60 dəqiqə
Yeməklərin sayı: Başlanğıc, Əsas yemək, Şirniyyat
Miqdar: Hər yəmək 3 porsiya
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir

“Senior Grand Pri Team” SGPT 1 kateqoriyası (Komanda yarışı,komanda 3 iştirakçıdan ibarət olmalıdır)
Vaxt: 90 dəqiqə
Yeməklərin sayı: Başlanğıc, Əsas yemək, Şirniyyat
Miqdar: Hər yemək 3 porsiya
Qeyd 1: Məhsul qara qutudan çıxır
Qeyd 2: İştirakçı istifadə edəcəyi avadanlığı özü ilə gətirir

“Balıq sinfi” SP 1 kateqoriyası
Vaxt: 60 dəqiqə
Miqdar: 3 porsiya
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir
Qadağalar: Balığı file halında gətirmək qadağandır

“Ət sinfi” SP 2 kateqoriyası
Vaxt: 60 dəqiqə
Miqdar: 3 porsiya
Qeyd 1: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir
Qeyd 2: İstifadə olunan ət file şəklində gətirilə bilər amma hissələrə yarış yerində ayrılmalıdır

“Toyuq sinfi” SP 3 kateqoriyası
Vaxt: 60 dəqiqə
Miqdar: 3 porsiya
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir

“Milli mətbəx müasir təsnifatda” sinifi SP 4 kateqoriyası
Vaxt: 90 dəqiqə
Üstünlük verilir: Müasir təsnifata riayət edən və ənənəvi zövqü unutmayanlara
Miqdar: 3 porsiya
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir

“Plov sinifi” SP 5 kateqoriyası
Vaxt: 90 dəqiqə
Düyü iştirakçıya veriləcək
Verilmə qaydası: 2 bulud üzərində, qarası ilə birlikdə
Miqdar: 8-10nəfərlik
Qeyd: İştirakçı istifadə edəcəyi məhsul və avadanlığı özü ilə gətirir

“Gold Chef” SP 6 kateqoriyası
Vaxt: 90 dəqiqə
Yeməklərin sayı: Başlanğıc Əsas yemək
Miqdar: 3 porsiya
Qeyd 1: Bu sinifdə iştirakçılar 3 fərdi sinifdə ən yüksək göstəriciləri göstərməlidirlər
Qeyd 2: Ən çox 6 (boks sayımız qədər) iştirakçı qara qutuda yarışacaqlar

“Artistique” SP 7 kateqoriyası
Daxildir: Cake,Carving,İsomalt, Chokolate
Qeyd: İştirakçı bu əl işindən hər hansı birini özü ilə hazırlayıb gətirməlidir.Hazırlanmış əl işi xüsusi yerə yerləşdirməli, önünə mövzu haqqında açıqlama yazılmalı və müəllifin adı, soyadı qeyd olunmalıdır. İştirakçı son toxunuşları stenddə edə bilər. Əl işi çox həssadırsa xüsusi şüşə ilə kənarlarını məhdudlaşdırmaq olar.

Ödənişlər:
Fərdi 50azn
Komanda 200azn
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA – Azerbaijan Culinary Specialist Association) üzvləri 50% endirimlə
“Artistique” kateqoriyaları ödənişsiz
“Gold Chef” ödənişsiz SP 1, SP 2, SP 3 kateqoriyalarında toplanmış balların cəmi əsasında ilk 6 nəfər

Junior team Practical ödənişsiz

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: