CinemaPlus-da “Milli mətbuat günü”

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin çap olunmasına nail oldu və qəzetin ilk nəşri 1875-ci ilin iyulun 22-də işıq üzü gördü.

Məhz həmin tarixdə “Milli Mətbuat Günü” peşə bayramı qeyd olunur.

Bununla əlaqədar olaraq “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi jurnalistlər üçün sürpriz etmək qərarı verib və onların bayram günündə mətbuat işçilərinə istənilən filmə bilethədiyyə edir.

Bunun üçün lazımdır:

  • Kassaya yaxınlaşmaq
  • İş vəsiqəsini göstərmək
  • Blankı doldurmaq
  • Filmi seçmək

Yalnız sizin çox çətin və zəhmətli işiniz sayəsində hər kəs dünyada baş verənlərdən birinci xəbərdar olur,  özgələrin xoşbəxt və kədərli əhvalatlarını yaşayır, dahi insanlar ilə tanış olurlar.

Qoy məlumatlarınız həmişə təzə, maraqlı və həyatınız yalnız xoş xəbərlərlə dolu olsun.

Bütün media nümayəndələri təbrik edirik, onlara yeni uğurlar və maraqlı xəbərlər arzulayırıq!

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən sonpremyeralar ilə sevindirməyə hazırdır.

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: