CinemaEventsTəqdimat

“CinemaPlus”da Hollivud filminin Azərbaycan dilində dublyajı – Fotolar

Premium kinoteatr “CinemaPlus”da azərbaycanlı aktyorların iştirakı ilə Azərbaycan dilində “Amerika pastoralı” Hollivud filminin premyera öncəsi qapalı nümayişi təşkil olunub. Filmin mövzusuna uyğun bəzədilmiş foyedə qonaqlar üçün furşet təşkil edilib. Həmin gecə kinoteatrın qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri şirkət sahibləri olublar.

Frame.az-ın məlumatına görə, “Amerika pastoralı” filmi 2016-cı ildə “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Cəfər Axundzadə, baş redaktor Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir.Filmin səsləndirilməsində Tural Əsədov, Pərvin Abıyeva, Oksana Rəsulova, Afaq Gəncəli, Səid Nizami, Gülnarə Zülalova, Ramil Zeynallı, Xətai Əli, Xumar Quluzadə, Xələf Cəfərov, həmçinin, Azərbaycan Respublikasının Xalq artisti Fuad Poladov iştirak ediblər.

“Amerika pastoralı” filmi amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı – qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır. Amerika cəmiyyəti belələrin üzərində dayanır. 60-cı illər gəlir və sevimli qızı evdən qaçıb siyasi terror yoluna düşdükdən sonra bu iddiliya dağılmağa başlayır.

Dramın rejissoru məşhur şotland aktyoru Yuen MakQreqordu. Baş rollarda Yuen MakQreqor, Ceniffer Konnelli və Dakota Fannin çəkiliblər.

Film dekabr ayının 1-dən etibarən kinoteatrlarda nümayiş edilir.

Tədbirin sponsorları: Cinema Distribution, Kolorit və TNT.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!