CinemaEventsTəqdimat

“CineMastercard”da Amputant Futbol İctimai Birliyi ilə birlikdə “Hayatla Barış” filminin təqdimatı

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında bir çox məşhur və populyar aktyorların iştirak etdiyi “Hayatla Barış” Türk bioqrafik filminin təqdimatı keçirilib.

Təqdimatın fəxri qonaqları Azərbaycan Amputant Futbol İctimai Birliyinin İkinci Vətən müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış qazi – futbolçuları olublar. Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər.

Qonaqlar arasında həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olub. ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur.

“Hayatla Barış” filmin rejissoru Ekin Pandırdı.

Baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıblar.

Film haqqında qısaca: Uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu Barış Tellinin planlarına mane olmur. Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb. Ampute Futbol Milli Komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla “Ampute Messi” kimi tanınmağa başladı.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=2eT6EEihmKM

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!