IdmanTəqdimatTəqdimat

Cüdoçularımız Antalyada təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycan cüdoçuları Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir.

Aprelin 8-dək davam edəcək təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü qatılıb.

Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı mayın 7-13-də Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!