D.Ç-2018-İlin püşkü atılıb
Gələn il Rusiyada təşkil olunacaq futbol üzrə Dünya Çempionatının püşkatma mərasimi keçirilib.
Püşkatma Moskvada Kreml Sarayında keçirilib.
Turnirin təşkilatçısı “Rusiya” A qrupunda “Səudiyyə Ərəbisanı”, “Misir”, və “Uruqvay” milliləri ilə eyni qrupda mübarizə aparacaq.
Son Avropa Çempionu “Portuqaliya” seçməsi B qrupunda “İspaniya”, “Mərakeş”, və” İran” millilərinə rəqib olub.
C qrupunda “Fransa” “Avstraliya, “Peru”, və “Danimarka” yığma komandaları yer alıb.
“Argentina” seçməsi D qrupunda “İslandiya”, “Xorvatiya”, və “Nigeriya” ilə qarşılacaq.
Beş qat Dünya Çempionları Braziliya seçməsi E qrupunda “İsveçrə”, “Kosta Rika”, və Serbiya’ya rəqib olub.
Son Dünya Çempionu “Almaniya” millisi F qrupunda “İsveç”, “Meksika”, və “Cənubi Koreya” ilə eyni qrupda yer alıb.
Seçmə mərhələdə inamlı təsir bağışlayan “Belçika” seçməsi G qrupunda “Panama”, “Tunis”, və “İngiltərə” milliləri ilə mübarizə aparacaq. “Polşa”, “Seneqal”, “Kolumbiya”, və “Yaponiya” yığma komandaları H qrupunda yarışacaqlar.
Turun açılış matçında meydan sahibi “Rusiya” millisi “Səudiyyə Ərəbistanı” ilə qarşılaşacaq.
Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.
A QRUPU: 1.Rusiya 2.Səudiyyə Ərəbistanı 3.Misir 4.Uruqvay
B QRUPU: 1.Portuqaliya 2.İspaniya 3.Mərakeş 4.İran
C QRUPU: 1.Fransa 2.Peru 3.Avstraliya 4.Danimarka
D QRUPU: 1.Argentina 2.İslandiya 3.Xorvaiya 4.Nigeriya
E QRUPU: 1.Braziliya 2.İsveçrə 3.Kosta Rika 4.Serbiya
F QRUPU: 1.Almaniya 2.Meksika 3.İsveç 4.Cənubi Koreya
G QRUPU: 1.Belçika 2.Panama 3.Tunis 4.İngiltərə
H QRUPU: 1.Polşa 2.Seneqal 3.Yaponiya 4.Kolumbiya
Frame.az
PƏRVİN BAYRAMOV.