“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək

Noyabrın 3-dən 7-dək Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək.

Frame.az xəbər verir ki, builki festivalın əsas mövzusu “Hİsslər±” adlanır.

Hazırkı dövrdə insanların hissləri sosial inkişaf, siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib. Fərdi təcrübələri və fiziki vəziyyəti də daxil olmaqla, bütün bunlar insanın dünyanı necə qavradığına təsir edir. Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq.

Bu il müsabiqədən kənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaqdır. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr ediləcək. Müraciətlər sentyabrın 20-dək www.filmfreeway.com platformasına təqdim edilə bilər.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: