Dörd ölkənin nümayəndələri nəqliyyat və logistika məsələlərini müzakirə etdilər

Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın nəqliyyat və xarici işlər sahələri üzrə aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə nəqliyyat və logistika məsələləri müzakirə olunub.

Videokonfrans formatında keçirilmiş görüşdə Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, NRYTN-in yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəniz Agentliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə baş tutmuş videokonfransda nəqliyyat və logistika üzrə müvafiq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə predmeti olub.

Eyni zamanda, sözügedən sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərinə də toxunulub.

Frame.az

 

 

 

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!