Dövlət aztəminatlı ailələrə maddi yardım edir – SƏRƏNCAM

Aztəminatlı ailələrin hər birinə 100 manat verilməsi üçün 4 milyon 400 min manat ayrıldı.

Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncam Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınıb.

Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Eyni zamanda sənədlə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 milyon 800 min manat ayrılıb.

Reklam_3_11

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: