Mobil dünyaTəqdimat

Dünya üzrə şirkətlərin təxminən üçdən biri əməkdaşlar arasında kibersavadlılığın artırılması üçün təlimlərin keçirilməsini zəruri sayır

Şirkətlərin əksəriyyəti (77%) son iki ildə ən azı bir kiberinsident* ilə üzləşib və bundan zərər çəkən təşkilatların 39%-i onların ciddiliyinə diqqət çəkib. Hücumların üçdə birinin nəticəsi məxfi məlumatların sızması olub, dörddə birində biznesin reputasiyası və 22,5 faizində isə maliyyə resursları ciddi zərərlə üzləşib. İnsidentlərin üçdə birindən çoxu (38%) işçilərin səhvi nəticəsində baş verib.

Potensial kiberinsidentlərin qarşısını almaq üçün şirkətlərin vacib hesab etdikləri cavab tədbirləri arasında həm İT işçiləri (37%), həm də digər departamentlərin əməkdaşları (31%) üçün ixtisaslaşdırılmış təlimlərin həyata keçirilməsi də yer alır.

Kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək üçün ən effektiv vasitələrdən biri Kaspersky Automated Security Awareness Platform (ASAP) platforması üzərindən təlim keçməkdir. Onların köməyi ilə 75-dən çox ölkədə şirkətlər artıq 1,5 milyondan çox əməkdaş hazırlayıblar. “Kaspersky”nin rəqəmsal savadlılığı artırmaq üçün nəzərdə tutulan proqramları keyfiyyət reytinqlərində mütəmadi olaraq lider mövqeləri tutur. Ümumilikdə, 2013-cü ildən 2022-ci ilə qədər müxtəlif “Kaspersky” məhsulları 827 müstəqil sınaq və icmalda iştirak edib, 587 dəfə birinci yeri tutub və 685 dəfə ilk üçlüyə daxil olub.

İndi Kaspersky “on-premise” (yerində) modeli əsasında ASAP təlim platformasını təklif edir. Bu o deməkdir ki, həll müştərinin infrastrukturunda, onun serverlərində quraşdırıla bilər və kənardan heç kim, o cümlədən, tərtibatçı ona daxil ola bilməyəcək. Bu model əsasında platforma hətta internetdən istifadə etmədən işləyə bilər və şirkətlər öz məlumatlarına və infrastrukturlarına tam nəzarət edə bilərlər. Bu, maksimum məxfilik səviyyəsini tələb edən bizneslər, məsələn, fintex, sənaye və dövlət sektoru kimi sənayelər üçün xüsusilə aktualdır.

“Rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi təşkilatın ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq bütün işçilər üçün zəruridir. Lakin çox vaxt bü cür təlimlərin dəyərini anlayan şirkətlər üçüncü tərəf provayderlərinə müraciət etməkdən qorxurlar: ya daxili siyasət onlara məlumatları buludda saxlamağa imkan vermir, ya da işçilərin şəbəkəyə daxil olması qadağandır. Kibertəhlükəsizlik sahəsində lider olaraq böyük, təhlükəsizliyə həssas şirkətlərdə çalışan işçilərin kibertəhlükələrdən daha çox xəbərdar olması haqqında düşünürük. Buna görə də, biz indi yerli serverlərdə bulud versiyasında olduğu kimi eyni funksionallığa malik təlim platformamızı yerləşdirmək imkanını təqdim edirik. İstifadəçilər hətta internet bağlantısı olmadan da təlim materiallarına çıxış əldə edirlər”, – deyə şirkətin “Kaspersky Security Awareness” rəqəmsal savadlılığın təkmilləşdirilməsi siyasəti üzrə mütəxəssisi Tatyana Şumaylova qeyd edir.

*Burada və bundan sonra insan amilinin şirkətlərdə kibertəhlükəsizliyə necə təsir etdiyinə dair “Kaspersky” araşdırmasının məlumatları əks olunur. Tədqiqat 2023-cü ildə dünya üzrə ümumilikdə 1260 nəfər respondent arasında aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!