“Dünyanın ən uğurlu pianoçusu” Bakıya gəlir!

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Bakıya gəlir.
Frame.az xəbər verir ki, sənətçi 7 martda möhtəşəm orkestrin müşayiəti ilə Bakı Konqress Mərkəzində səhnəyə çıxacaq.
270 qızıl və 70 platininum mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb. Bu günə qədər Klayderman 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir.
Vaxtının böyük hissəsini konsertlərdə iştirak edən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. Riçard Klayderman “Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Qeyd edək ki, “Tar events”in təşkil etdiyi konsertə biletlər 80 manatdan başlayır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: