Dünyanın ən varlı ölkələri

2016-2017-ci il üçün dünyanın ən varlı ölkələrinin siyahısını təqdim edirik:

Qətər

Qətərdə adambaşına düşən ÜDM həcmi 145,894 dollardır.Ölkə böyük neft və təbii qaz ehtiyatlarına malikdir.Qətər iqtisadiyyatında başlıca yeri muncuq istehsalı, bank sektoru, nəqliyyat biznesi tutur (söhbət “Qətər Hava Yolları”ndan gedir). Bu sistemi qurmaq üçün əmir ailəsi gəlir vergisini ləğv edib.

İsveçrə

O, dünyanın ən varlı ölkələrindən biri olmaqla yanaşı əhali arasında ən yüksək məmnunluq səviyyəsinə də malikdir.

Ən davamlı iqtisadi sistemə malik bu ölkənin gəlir mənbələri arasında bank yatırımları, turizm, kənd təsərrüfatı yer alır. Ölkədə adambaşına düşən ÜDM 53,977 dollar təşkil edir.

BƏƏ

BƏƏ gəlir vergisinin olmaması, xarici şirkətlər üçün cəlbedicidir. Burada adambaşına düşən ÜDM-in həcmi 63,181 dollardır.

ABŞ

ABŞ iqtisadiyyatı dünyanın ən nəhəng iqtisadiyyatıdır.Böyük təbii sərvətlər ehtiyatına malik olan bu ölkə innovasiya texnologiyaları sahəsində ən güclü ölkələrdəndir.

Adambaşına düşən ÜDM 53,001 dollar təşkil edir.

Bruney

Bruney uzun müddət böyük neft ehtiyatlarına malik olması ilə əlaqədar dünyanın ən varlı ölkələrindən hesab edilib. Bu ölkənin borcu yoxdur, əhalisinin sayı sə azdır. Bu da hər bir sakinin ölkənin sərvətində böyük paya malik olması deməkdir. Məhz bu səbəblə Bruney dünyanın ən varlı ölkələri siyahısına daxildir.

Norveç

Norveçdə adambaşına düşən ÜDM səviyyəsi  64,363 dollar təşkil edir. Ölkə iqtisadiyyatı xüsusilə neft, qaz, balıq ehtiyatları, su enerjisi, içməli su və kənd təsərrüfatından asılıdır.

 

Honkonq

Honkonqun maliyyə mənbəyi, iqtisadiyyat sektorları maşınqayırma və turizmdir.
Bura biznes fəaliyyəti ilə məşğul olmaq baxımından yaxşə yerdir. Ölkədə bizneslə məşğul olan vətəndaşlara xüsusi şərtlər təklif edən kifayət qədər sabit siyasi sistem mövcuddur.

Sinqapur

Burada adambaşına düşən ÜDM 78,762 dollardır. Ölkədə turizm, bank sahəsi və istehsala köklənmiş kifayət iqtisadi sistem mövcuddur.

Lüksemburq

Lüksemburqda adambaşına düşən ÜDM təxminən 90,333 dollar təşkil edir.Burada aşağı olan vergi səviyyəsi biznes üçün cəlbedicidir. Lüksemburq əhalisinin sayı təxminən 549,680 nəfərdir.

 

Küveyt
Küveyt neft ixrac edən ölkələrdən biridir. Burada adambaşına düşən ümumdaxili məhsul (ÜDM) 70,785 dollardır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: