Elmar Məlikovun “Yapışqan”ı təqdim olunacaq

EMD films-in istehsal etdiyi, gənc rejissor Elmar Məlikovun ərsəyə gətirdiyi “Yapışqan” tragikomediyası 20 mart 2020 ci il  “EMD films” youtube kanalında təqdim olunacaq.

“Kommersiya xarakterli olsa da, filmdə toxunduğum mövzu, məni həmişə narahat edib. Çünki, təəssüflər olsun ki, bəzi insanlar hər şeyi pulda görürlər. Qohumluğu, dostluğu, qardaşlığı, bir sözlə insanlığı. Mən belə adamlara normal insan kimi baxmıram. Pul çox şeydi, amma hər şey deyil ! Filmdə senari müəllifi kimi, məndən başqa Böyükağa Mehdizadə, Samir Həsənovun, texniki heyyətdə operator Həsən Aslanov olmaqla, bir komanda əməyi var.”

Filmdə Elmar Məlikov, Kənan Aydın, Gülzar Feliz, Allahverdi Allahverdiyev, Hüseyin Sadıqov, Sərvər Şərifov və b. rol alıb. Qeyd edək ki, Elmar Məlikov, bir neçə layihə və filmlərin müəllifidir. Qarşıda bir neçə yeni layihələrin olduğu da bildirir.

treyler
https://youtu.be/mfgcORIF7OM

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!