“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutub

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutub.

Görüşə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov rəhbərlik edib.  Eyni zamanda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, Elmin İnkişafı Fondunun, Ali Attestasiya Komissiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Dövlət Universitetinin nümayəndələri və ekspertlər iştirak ediblər.

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi” üzrə cari ilin mart-aprel ayları ərzində görülmüş işlərə dair icraçı qurumlar tərəfindən hesabatlar təqdim olunub. İcraçı qurumlar tərəfindən növbəti rübdə icrası planlaşdırılan tədbirlər müzakirə edilib. Yol xəritəsinin icrası ilə bağlı yerli və xarici ekspertlərin proseslərə qoşulması istiqamətində görülmüş işlər barədə İşçi qrupuna məlumat verilib.

İcraçı qurumlar tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunub.

Görüşün yekununda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun tərkibində tematik qrupların yaradılmasına, qısa müddətli tədbirlərin icrası ilə bağlı hər ay iclasların təşkil olunmasına, beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın düzgün qurulması istiqamətində silsilə görüşlərin davam etdirilməsinə dair qərar qəbul edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: