EventsSosialTəqdimat

Emin Ağalarovdan yeni ilə həsr edilən XEYRİYYƏ TƏDBİRİ

Sea Breeze Event Hall’da uşaq evlərinin yetirmələrinin, şəhid övladlarının, aztəminatlı ailələrin uşaqlarının dəvət aldığı böyük yeni il xeyriyyə şənliyi keçirilib.

Genişmiqyaslı bayram tədbiri Agalarov Development şirkətinin prezidenti, Xəzərin sahilində yerləşən Sea Breeze istirahət şəhərciyinin sahibi Emin Ağalarovun təşəbbüsü ilə baş tutub.

Uşaqlar üçün teatral tamaşa və interaktiv oyunlar təşkil olunub. Həmçinin hər bir uşağa bayram hədiyyəsi verilib.

Sea Breeze’in rəhbərliyindən Qəmbər Bənənyarlı açıqlamasında deyib ki, Emin bəyin və şirkətin əsas məqsədlərindən biri sevgi və qayğıya ehtiyacı olan uşaqların yanında olmaqdır:

“Yeni il uşaqlarla belə böyük və mehriban ailə formatında bir araya gəlmək və bu sehrli bayramı birlikdə qeyd etmək üçün əla fürsətdir”.

O, həmçinin Sea Breeze-də bu bayram şənliyinin hər il keçiriləcəyini və sevilən ənənəyə çevriləcəyini söyləyib.

Şaxta baba və Qar qızın uşaqlarla şam ağacı ətrafında əl-ələ tutaraq rəqs etməkləri isə hıəmin günün ən təsirli məqamlarından olub. Uşaqlar bir-biri ilə yarışaraq uğur və nailiyyətlərini onlarla bölüşməyə, şeir deməyə, şəkil çəkdirməyə və əlbəttə ki, hədiyyələrini almağa tələsirdilər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!