EventsFestivallarMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının möhtəşəm konserti keçirilib

Mayın 6- da Beynəlxalq Muğam Mərkəzində Yunanıstandan  gəlmiş etnik  musiqiçilər  Makis Stamoulis və Kostas  Spiropoulis “Rembetiko  meets Mugam”  adlı möhtəşəm konsertlə çıxış ediblər.
Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci “IMAGINE” Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.
Xatırladaq ki,bundan əvvəl Mərkəzdə Perudan gəlmiş etnik musiqiçilərin konserti olmuşdur ki,tamaşaçılar iştirakçıları sürəkli alqışlarla qarşılamışdılar.
Tədbirin rəsmi hissəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərliyinin birinci müşaviri Denis Daniilidis çıxış edərək  Yunanıstan tarixinin, musiqi və mədəniyyətinin  zəngin olduğunu bildirib. Azərbaycan və yunan musiqilərini  bir araya gətirmək olduqca maraqlı hadisədir- deyə  Denis Daniilidis vurğulayıb.
Rembetiko – musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda “rembetiko” deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər.”Rembetiko” stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.
“Rembetiko  meets Mugam”  adlanan konsertdə Makis Stamoulis və Kostas  Spiropoulis qədim yunan mahnılarını ifa ediblər.
Yunan musiqiçiləri ilə Əməkdar artistlər  Sahib Paşazadə(tar),Toğrul Əsədullayev(kamança) və  istedadlı xanəndə Nisbət Sədrayevanın  birlikdə ifaları gecəyə xüsusi rəng qatıb.
Konsert dövlət qurumlarının  və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!