Evinizdən və iş yerinizdən ayrılmadan plastik kart sifariş etmək istərdinizmi?

Expressbank nağd pul vəsaitini cibdə gəzdirmək əvəzinə daha müasir və daha rahat vasitə olan bank kartlarını təklif edir. Bu kartlarla nəinki vəsaitinizi təhlükəsiz şəkildə saxlaya, hətta ödənişlərinizi onlar vasitəsi ilə etməklə xərclərinizi gəlirə çevirmiş olacaqsız.

Siz də Expressbank-ın plastik kartlarını sifariş etmək istəyirsinizsə evinizi və ya iş yerinizi tərk etmədən sadəcə bankın www.expressbank.az rəsmi saytında müvafiq bölmədə sifariş yerləşdirməyiniz yetərlidir. Kart sifariş edilən gündən etibarən 3 iş günü ərzində hazır olur. Kart hazır olduqda Sizə məlumat veriləcək və filiala dəvət olunacaqsız.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: