FinansFrame Life

“Excelsior Hotel & Spa Baku” oteli birinci yerdə

“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanmışdır.
“Media Consulting & Services” şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı may ayında mətbuatda 3 pres reliz işıqlamışdır. Cari ilin may ayında otelin təşkilatçılığı ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Nə?, Harada?, Nə Vaxt?” intellektual oyunu keçirilmişdir. İyun ayında AtaHolding-in korporativ tədbiri “Musiqi bayramı” keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!