Ən Son

“Excelsior Hotel & Spa Baku” otelində fitnes boksu üzrə məşqlərə start verilir

Bu ilin noyabr ayının 4-dən başlayaraq, fitnes boksu üzrə ilk qrupun təlim məşqlərinə start veriləcək..

Sağlam həyat tərzi keçirən insanlarda idmanın bu növünə maraq getdikcə artmaqdadır. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Təcrübə göstərir ki, sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Çünki fitnes boksu insanlara öz fitnes məqsədlərinə çatmaq üçün bütün bədəni çalışdıran ən hərəkətli məşqlərdən biridir. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır.

Bundan başqa, məşqlər zamanı əzələ və oynaq zədələnməsi riskləri olmur. Fitnes boksu güclü fiziki və ruhi sağlamlığın vəhdətinə şərait yaradan ən münasib idman növlərindən biridir. “Excelsior Hotel & Spa Baku” otelində sözügedən idman növü üzrə məşqlər peşəkar məşqçilərin rəhbərliyi altında çox münasib bir şəkildə və yüksək səviyyədə keçiriləcək.

“Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!