Idman

Fərid Qayıbov avqustun Konya Texniki Universitetinin rektoru Babur Özçeliklə görüşüb

V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Türkiyənin Konya şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov avqustun 11-də Konya Texniki Universitetinin rektoru Babur Özçeliklə görüşüb.

Görüş zamanı iki qardaş ölkə arasında idman əlaqələrinin günbəgün inkişaf etdiyi vurğulanıb, eləcə də gənclərin təhsili, tələbələrin idmana marağı və kütləvi yarışlarda iştirakı barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və Milli Məclisin üzvü Kamal Cəfərov da iştirak ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!