Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub. O, burada yaradılan şəraitlə maraqlanıb və Boks Mərkəzinə baxış keçirib.

ABF prezidenti Sahil Babayevlə birgə kişi və qadınlardan ibarət milli komandaların məşqini izləyən Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüşdə boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.

Görüşdə ABF-in İdarə Heyətinin üzvləri və rəsmiləri iştirak ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: