Formula 1 üzrə dünya çempionatının 2022-ci il mövsümünə start verilib

Formula 1 üzrə dünya çempionatının 2022-ci il mövsümünə Bəhreyn Qran-Prisi ilə start verilib.

Sahir avtodromunda təşkil olunan mövsümün ilk yarışında “Ferrari”nin pilotu Şarl Lekler qalib olub. Onun komanda yoldaşı Karlos Sayns ikinci, “Mercedes”in sürücüsü Luis Hamilton isə üçüncü yeri tutublar.

Ş.Lekler karyerasında üçüncü qələbəsini qazanıb. “Ferrari” komandası tarixində 85-ci dəfə qələbə dubluna imza atıb.

Növbəti yarış 1 həftə sonra Səudiyyə Ərəbistanında təşkil olunacaq. Mövsümün səkkizinci yarışı iyunun 10-12-də Bakıda təşkil olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!