Formula 1qayıdır. Trekə və tribunaya!
İyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.
İki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.
Frame.az xəbər verir ki, ölkəmizdə sayca altıncı dəfə təşkil olunan yarışın builki şüarı “F-1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.
İyunun 10-dan 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.
Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbirsizləndiyini çatdırır.
Formula 1 Azərbaycan Qran-Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunub.