Gəncədə “Atletika hamı üçün” əyləncəli idman tədbiri keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “İdman hamı üçün” lahiyəsi çərçivəsində Gəncə şəhərində “Atletika hamı üçün” əyləncəli idman tədbiri keçirilib.

Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Əsasən Gəncə Uşaq Evinin, şəhid ailələrinin uşaqları, aztəminatlı ailələrin uşaqları və Gəncədə yerləşən idman məktəblərinin şagirdləri proqrama qoşularaq, Gəncədə fəaliyyət göstərən atletika idman növü üzrə məşqçi-müəllimlərin rəhbərliyi altında  isinmə hərəkətləri, manelər zolağından keçmə və digər əyləncəli nümunələrlə tədbirdə iştirak ediblər.

Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında bədən tərbiyəsi və idmana marağın artırılması, atletika idman növünün tanıdılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: