EventsTəqdimat

GameSummit Winter 2023 baş tutdu

9 dekabr 2023-cü il tarixində Bakıda geniş miqyasda GameSummit Winter keçirildi. Tədbirin özü üç zonaya bölündü: festivalın özü, oyun konfransı və şoг.  Hər biri çoxlu sayda ziyarətçi cəlb etdi.

Konfrans həm azərbaycanlı tərtibatçıları, həm də EA, iLogos kimi aparıcı oyun studiyalarının nümayəndələrini, eləcə də VFX sənayesinin mütəxəssislərini bir araya gətirə bildi. Konfrans zamanı Metapro şirkətindən oyunlar və web3 texnologiyaları üzrə mühazirələr və ustad dərsləri keçirilib.

Konfransdan əlavə, GameSummit Winter məşhur oyunlar, o cümlədən Fortnite, Valorant, Counter Strike 2, Mortal Kombat 1, EA Sports FC 24, Dota 2, League of Legends, PUBG Mobile və Tekken 7 üçün çempionatlara ev sahibliyi etdi. Festival əvvəlki öz rekordunu qırdı – 3 mindən çox ziyarətçi və 70 şirkət. Çempionatlardan başqa, qonaqlar cosplay yarışları, K-Pop çıxışları və VR zonaları ilə tanış oldular.

Konfransın kulminasiya nöqtəsi tərtibatçıların üç kateqoriya üzrə ( Əyləncə, Unikallıq və Görünüş Keyfiyyəti) yarışdığı ilk Azərbaycan Indie Oyun Mükafatı oldu.. Gamesummit müstəqil tərtibatçıları üçün istedadlarını nümayiş etdirmək həm də peşəkarlar və oyunçularla əlaqə yaratmaq üçün bir platforma təqdim etdi.

Tədbirin sponsorları və tərəfdaşları arasında Citynet, AzərTürkBank, Tecno, Bizon, Logitech, Pasha Technology, New Zeon, Falcon, MSI, Razer, Gamenote, Lenovo, Azdimension, PlayerCyberBar, OMG, GMT, Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası, AniFan, Gamers of Azerbaijan , Sabah.Hub, KonsolOyun və KralGames iştirak etmişdilər.

Gamesummit Winter təkcə oyun yarışları deyil, həm də müasir mədəniyyətin bayramıdır. Tədbirin əsas məqsədi ünsiyyətdən başqa video oyunlara və müasir əyləncə formalarına məhəbbətin ifadəsi üçün platforma təmin etməkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!