Gender Hub Azerbaijan “11 iyul Beynəlxalq Əhali günü” ilə bağlı tədbir keçirib

Dünyada və ölkəmizdə hər il dəyişən əhalinin gender nisbəti cəmiyyətdə qadınların rolunun aşağı olmasına, qadınlara qarşı ayrı-seçkilik edilməsinə, onların kənarlaşdırılmasına sübutdur. Hətta bəzən qız uşaqlarının doğulmasını faciə olaraq qəbul edən insanları görürük.

Bütün bunlara səssiz qalmamaq, qadınların cəmiyyətdə rolunun artırılması, selektiv abortların qarşısının alınması, gender bərabərliyinin təşviqi və bu istiqamətlərdə Azərbaycanda bunun üçün yaradıla biləcək imkanlar barəsində müzakirələr aparmaq məqsədilə ilk tədbirimizi “Beynəlxalq Əhali günü”nə həsr etdik.

Tədbir Gənclərlə iş üzrə ekspert Məryəm Məcidovanın moderatorluğu ilə və BMT-nin Əhali Fondunun Layihələr üzrə katibi Nailə Cəfərovanın və Y-PEER Azərbanın Milli Koordinatoru Səadət Abdullazadənin təqdimatında “Azərbaycanda selektiv abortlar: üzləşdiyimiz çətinliklər və çıxış yolları” və “COVID-19 pandemiyası zamanı qadın və qızların hüquqlarının müdafiəsi” mövzularında baş tutmuşdur.

Görüşə gender aktivistlər, feministlər, qadın hüquqlarını müdafiə edən şəxslər olmaqla 100-dən artıq şəxs qoşulmuşdur.

Görüş müddətində spikerlərin təqdimatları əsasında Azərbaycanda mövzu ilə əlaqədar statistik məlumatlar, mövcud problemlər və onların həlli üçün yaradılacaq imkanlar müzakirə olunmuşdur.

Spikerlər ilə yanaşı, görüşün iştirakçıları da öz fikirlərini irəli sürmüş və təkliflərini bölüşmüşlər.

Bununla yanaşı qeyd etmək istərdik ki, Gender Hub Azerbaijan cəmiyyətimizdə qızların dəyərinin təbliğ edilməsi istiqamətində #HərFərdDəyərlidir  onlayn kampaniyasını başlatmışdır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: