FinansIqtisadiyyatTurizmTəqdimat

Hədiyyəli “Optimal KASKO” indi Hesab.az-da!

Hər zaman innovativ həllərlə çıxış edən PAŞA Sığorta şirkəti Azərbaycanın ən böyük onlayn xidmətlər platforması olan Hesab.azilə əməkdaşlıq çərçivəsində daha bir ilkə imza atıb. Artıq arzu edən hər kəs Hesab.az platforması vasitəsilə “Optimal KASKO” məhsulu üzrə öz avtomobilinə uyğun sığorta paketinin qiymətini onlayn hesablayıb asanlıqla müraciət edə bilər.

Əlavə olaraq “Optimal KASKO” könüllü avtomobil sığortasını 2 avqust-2 sentyabr tarixləri arasında Hesab.az vasitəsilə əldə edən müştərilər həm də xüsusi hədiyyəyə sahib olacaqlar. Belə ki, qeyd edilən tarixədək qüvvədə olacaq kampaniya çərçivəsində “Optimal KASKO” məhsulunun 5.000 AZN təminat paketini əldə edəcək hər kəs 50 AZN nominallı, 10.000 AZN təminat paketi seçəcək müştərilər isə tam 100 AZN nominallı hədiyyə yanacaq kartı qazanacaqlar.

Qeyd edək ki, “Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın/partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklərə təminat verir.Kampaniyadan faydalanmaq və “Optimal KASKO” sığortasını əldə etmək üçün https://hesab.az/unregistered/#/insurance/casco/optimal keçidi ilə məhsulun Hesab.az səhifəsinə daxil olmaq mümkündür. Kampaniya və sığorta məhsulu barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığortaşirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance ) yazaraq müraciət edə bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!