EventsMədəniyyətTeatrTəqdimat

Heydər Əliyev Sarayında “Nizami” tele-operası təqdim olunub

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayında bəstəkar Əfrasiyab Bədəlbəylinin “Nizami” tele-operasınının təqdimatı keçirilib.

Saraydan verilən məlumata görə, layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, rəhbəri Xalq artisti Fərhad Bədəlbəylidir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadov və baş xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tele-operada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Inarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!