Hiss konsertində Coca-Cola Marshmello təqdim ediləcək

Milyonlarla insanın sevimli içkisi olan Coca-Cola Azərbaycanda məhdud sayda istehsal edilən yeni Marshmello məhsulunu istehlakçılara təqdim edir. Artıq 25 iyul tarixindən satışda olan Coca-Cola Marshmello-nun təqdimatı tanınmış ifaçı gənclərin sevimlisi Hisssin Dənizkənarı konserti ilə keçiriləcək. Belə ki, Coca-Colanın dəstəyi ilə Ramada Hotel, Marmaris restoranı ərazisində 6 Avqust tarixində “Dənizkənarı Hiss konserti|Marshmallow dadında” adlı konsert keçiriləcək.

Coca-Cola Marshmello şirkətin ən innovativ məhsuludur. Coca-Cola dünya uduzları ilə əməkdaşlıq edərək qeyri-adi Coca-Cola dadları yaradaraq istehlakçılarını heyrətləndirmək və onlara fərqli təcrübə yaşatmağı hədəfləyir. Yeni qarpız və çiyələk dadında Coca-Cola Marshmello isə dünyaca tanınmış Grammy Mükafatı nominasiyasına layiq görülmüş DJ Marshmello ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib.

Marshmello brendinqinə uyğun olaraq ağ-qara geyim tərzini dress-kod təyin edən konsertdə 200-dən çox gəncin iştirakı nəzərdə tutulub. Tədbirdə qonaqlara Coca-Cola Marshmello brendinqli hədiyyələrin təqdim olunacağı kiçik oyunlar da təşkil ediləcək.

“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, insanlara xoşbəxtlik dadını bəxş edən Coca-Cola bu dəfə gəncləri sevimli ifaçıları Hissin konserti ilə sevindirir: “Dünyada az sayda ölkələrdə tətbiq olunan məhdud sayda xüsusi buraxılışlı Coca-Cola Marshmellonun Azərbaycan bazarına da təqdim olunması əlamətdar hadisədir. Şirkətimiz məhdud sayda satışa çıxarılmış yeni Coca-Cola dadını istehlakçılara təqdim etmək məqsədilə belə bir konsertə dəstək olub. İnanıram ki, Coca-Cola Marshmello bu yayın unudulmaz dadına çevriləcək”.

Konsert proqramı DJ Mehraj-ın musiqili proqramı ilə davam edəcək.

Qeyd edək ki, Dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca‑Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca‑Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca‑Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azerbaijan Coca-Cola Bottlers” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca‑Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: