Idman

“İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçirilib

İyulun 31-də Bakı Konqres Mərkəzinin qarşısında “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçirilib.

Yürüşdə 100-dək peşəkar və həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

Velosipedçilər Mərkəzin qarşısındakı parkda saat 19:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!