EventsFestivallarMüsabiqələrTəqdimat

“İncəsənət Olimpiyadası” adlı yarışma keçirilib

May ayının 4 və 5 tarixlərində Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 2 gün “İncəsənət Olimpiyadası” adlı yarışma keçirildi. Təşkilatı dəstək Azərbaycan İncəsənət Gimnaziyası və Jam Group komandası tərəfindən göstərilib.

4 may Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən incəsənət yarışmasında bir neçə janrlarda çıxışlara baxılıb: fortepiano, estrada vokal,akademik vokal, sksafon, akardion, qarmon, fleyta, bədii qiraət, tamaşa, saz, tar, qanun, skripka, xalq çalğı alətləri, truba, xanəndə, nağara, klarnet, kamança, zərb alətləri  və qoboy.
5 may Aktyorlar evində keçirilən yarışma isə rəqs növləri üzrə keçirilib, yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub.

“İncəsənət Olimpiyadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar.Bu il də yarışmaya iştirakçı sayı 3600  nəfər olmaqla, paytaxt Bakıdan, bölgələrdən və xarici ölkələrdən iştirakçılar qatılıb.Onu da qeyd etmək lazımdır ki, piano, akademik və xalq çalğı alətləri nominasiyalarında iştirakçıların saylarının artımı müşayiət olunub.Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram.Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm” – deyəARA-nın prezidenti və Azərbaycan Gənclər İttifaqı ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov öz sözlərini bildirdi.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndirilib.
Yarışma bu  yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olub: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!