İngiltərə çempionatı 22-ci tur

Turun açılış matçında Liverpul – Suonsi komandaları üz-üzə gəldi. Öz meydanında 2:3 hesabı ilə məğlub olan Liverpul çempionluq yolunda ağır zərbə almış oldu. Çempionatın lideri Çelsi öz meydanında Hull Siti komandasına 2:0 hesabı ilə qalib gəldi. Mançester Yunayted Stok Siti ilə səfər qarşılaçmasında məğlubiyyətdən son dəqiqələrdə xilas oldu. Runi cərimə zərbəsindən fərqlənməklə komandasına 1 xal gətirdi.

Mançester Siti öz meydanında qəbul etdiyi Tottenhem komandasına qalib gəlməyi bacarmadı. İlk hissəsi qolsuz başa çatan oyunun ikinci hissəsində qapılara 4 qol vuruldu. İkinci hissəyə fəal başlayan Pep Guardiola’nın yetirmələri tezliklə istəyinə nail oldular. Sane qapıçı Llori’sin səhvindən istifadə edərək topu boş qapıya göndərdi 1:0. Matçın 54-cü dəqiqəsində De Brüyne qapıçının növbəti səhvindən istifadə edərək 2-ci topu qonaq komandanın qapısından keçirtdi. Lakin Tottenhem öncə oyunun 58-ci dəqiqəsində Delle Alli’nin qolu ilə hesab arasındakı fərqi azaltdı, 78-ci dəqiqədə isə Son Honq Min’in qoluyla bərabərlik qolunu vurmağa müvəffəəq oldu.

Arsenal komandası öz meydanında Barnli komandasına 2:1 hesabı ilə qalib gəldi. 22 turdan sonra Çelsi 55 xalla birinci, Arsenal 47 xalla ikinci, Tottenhem komandası isə 46 xal toplayaraq üçüncüdür. Liverpool 2 – 3 Swansea Bournemouth 2 – 2 Watford Crystal Palace 0 – 1 Everton Middlesbrough 1 – 3 West Ham Stoke City 1 – 1 Manchester United West Bromwich 2 – 0 Sunderland Manchester City 2 – 2 Tottenham Southampton 3 – 0 Leicester Arsenal 2 – 1 Burnley Chelsea 2 – 0 Hull City PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: