İngiltərə Premyer Liqası: “Liverpul”un altı oyunluq məğlubiyyətsiz seriyası davam edir

Sentyabrın 22-də futbol üzrə İngiltərə Premyer Liqasının altıncı turunun mərkəzi qarşılaşması keçirilib.

Frame.az xəbər verir ki, çempionluğa iki iddialı klub – “Çelsi”və “Liverpul” komandaları qarşılaşıb.

Görüşdə “Liverpul” 2:1 hesabı ilə qələbə qazanıb. “Liverpul”un heyətində Aleksander-Arnold və Roberto Firmino fərqləniblər. Meydan sahiblərinin isə yeganə qoluna Nqolo Kante imza atıb.

“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin 18 xalla birinci pilləsindəki yerini möhkəmləndirib. “Çelsi” isə 8 xalla 11-ci yerdə qərarlaşıb.

“Liverpul”un çempionatda əzəli rəqibi “Mançester Siti” öz meydanında “Vatford” komandasını qəbul edib.

Görüş Pep Qvardiolanın yetirmələrinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisinin heyətində David Silva, Serxio Aquera, Bernardo Silva (3), Riyad Mahrez, Nikolas Otamendi və Kevin De Brüyne fərqləniblər.

Turun gözlənilməz hesabı “Kinq Power” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Tottenhem” klubu səfərdə “Lester Siti” komandasının qonağı olub. Qonaqlar Hari Keynin sayəsində hesabda öndə olsalar da, meydan sahibləri ardıcıl iki qol vuraraq qələbə qazanıb. “Lester Siti”in heyətində Rikardo Pereyra və Jeyms Maddison fərqlənib.

“Arsenal” öz meydanında “Aston Villa” klubu 3:2 hesabı ilə məğlub edib.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Everton” – “Şeffild Yunayted” – 0:2,

“Southemton” – “Bournemount” – 1:3,

“Börnli” – “Norviç Siti”ə qalib gəlib – 2:0,

“Kristal Palas” – “Volverhemton” – 1:1,

“Vest Ham” – “Mançester Yunayted” – 2:0.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: